Rusiyadan Paşinyana ŞOK CAVABLAR
    • 23-05-2024, 20:41
    • 201

Rusiyadan Paşinyana ŞOK CAVABLAR

“Bir mahnı vardı və onun içində belə bir ifadə yer almışdı: “Əziz sevgilim, özün təxmin et”. Düzünü desəm, Ermənistanın baş nazirinin hansı ölkələrdən danışdığı mənə maraqlıdır”.

News24.az Musavat.com-a istinadən xəbər verir ki, bunu Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova bu gün keçirdiyi brifinqdə deyib.

“Belə ciddi bəyanatlardan danışırıqsa, onları səsləndirmək tamamilə məntiqli olardı. Gəlin, bunu rəsmi İrəvanın öhdəsinə buraxaq”, - deyə o qeyd edib.

Zaxarovanın sözlərinə görə, 44 günlük savaş zamanı Rusiya Ermənistan üçün əlindən gələni edib.

“Prezident Vladimir Putin bu barədə 17 oktyabr 2020-ci ildə Rusiya televiziyasında danışmışdı. Birbaşa sitat: “Ermənistan özünü tərk edilmiş və unudulmuş hiss etməsin”.

Sözün əsl mənasında, 2020-ci ilin payızındakı silahlı münaqişənin ilk günlərindən Rusiya tərəfi atəşkəsə nail olmaq üçün ən fəal siyasi və diplomatik səyləri göstərdi. Unudanlar sözün əsl mənasında bütün müvafiq bəyanatları və KİV-də yayılanları xatırlaya bilərlər. Bundan əlavə, hər bir addım Rusiya Xarici İşlər Nazirliyi vasitəsilə rəsmi şərhlərlə müşayiət olunub.

Xatırladım ki, həmin vaxt Rusiya prezidenti ilə Azərbaycan Prezidenti və Ermənistanın baş naziri arasında çoxsaylı telefon danışıqları gedirdi. Rusiyanın xarici işlər naziri Sergey Lavrovun Azərbaycan və Ermənistan xarici işlər nazirləri ilə təşkil etdiyi danışıqlardan sonra 2020-ci il oktyabrın 10-da ilkin atəşkəs elan edilib. Amma Ermənistanın baş naziri Nikol Paşinyan hərbi əməliyyatların davam etdirilməsində israr edib. Bu, nəyə gətirib çıxardı? Şuşanın alınmasına (azad edilməsinə - red.) və Xankəndiyə yol açılmasına. Bunu hər kəs yaxşı xatırlayır və bütün bunlar sənədləşdirilir.

Rusiya prezidentinin şəxsi iştirakı sayəsində 9 noyabr 2020-ci ildə tərəfləri üçtərəfli bəyanat imzalamağa razılığa gətirmək mümkün olub. Bu sənədlər və üç ölkənin liderləri tərəfindən 2021-ci ildən 2023-cü ilə qədər əldə olunmuş, onun hazırlanmasında qəbul edilmiş üçtərəfli razılaşmalar Azərbaycan-Ermənistan münasibətlərinin normallaşmasının davamlı prosesi üçün yeganə yol xəritəsi olaraq qalır”, - deyə Zaxarova bildirib.

Xatırladaq ki, mayın 22-də Nikol Paşinyan parlamentdə çıxışı zamanı ən azı iki KTMT ölkəsinin Ermənistanın məğlubiyyətində rol oynadığını bildirib.