-
- 23-05-2024, 19:43
- 243
Rəisinin ölümündən sonra bütün gözlər bu adama yönəlib: Müctəba kimdir?
Helikopter qəzasında həyatını itirən İran prezidenti İbrahim Rəisi, İranın xarici işlər naziri Hüseyn Əmir Abdullahian və digər 6 nəfərin dəfn mərasimi böyük izdihamla keçirilib.
News24.az Publika.az-a istinadən xəbər verir ki, mərasimdə Rəisi və İran rəsmilərinin tabutları İran bayraqlarına bükülüb. “Associated Press”-in məlumatına görə, Rəisinin tabutunun üzərinə fotoşəkil və qara yaylıq da qoyulub. Xəbərdə bu yaylığın Rəisinin Hz. Məhəmmədin nəslindən olduğunu göstərdiyi yazılıb.
Rəisinin ölümü, səhhəti uzun müddətdir diqqət mərkəzində olan 85 yaşlı dini lider Ayətullah Əli Xamneyini kimin əvəzləyəcəyi ilə bağlı fərziyyələri də artırıb. ABŞ-ın “New York Times” qəzetinin məlumatına görə, Rəisi dini liderin yerinə potensial namizəd kimi görünürdü, lakin onun ölümündən sonra bütün gözlər Xamneyinin oğluna çevrilib.
AFP xəbər agentliyi Xamneyinin ictimaiyyətdə nadir hallarda görünən 54 yaşlı oğlu Müctəba Xamenei ilə bağlı məlumatları paylaşıb:
"1969-cu il doğumlu Müctəba Xamenei dövlət vəzifəsi tutmasa da, dövlətin müxtəlif səviyyələrində nüfuzlu şəxsdir. O, 1980-ci illərdə İran İnqilab Keşikçiləri Qvardiyasına qoşulub və İraq-İran müharibəsində iştirak edib. Şiə dünyasının mühüm mərkəzlərindən biri olan Qumda dini təhsil alıb.
Müctəbanın ruhani liderin ofisində nüfuz sahibi olduğu bildirilir. Onun kütləvi dəstəyinin olmaması və monarxiya üsuluna qayıdılmasına qarşı çıxanların müqavimətinə görə legitimlik probleminin ola biləcəyi bildirilir. Əli Xameneinin yaxın ətrafı da bildirir ki, yaşlı lider qohumbazlıqda ittiham olunmaq istəmir və vəzifəsini oğluna buraxmaqda həvəsli deyil".