Ronaldo yenidən Avropada oynaya bilər
    • 24-05-2024, 09:47
    • 292

Ronaldo yenidən Avropada oynaya bilər

Səudiyyə Ərəbistanının "Əl-Nəsr" klubunun 39 yaşlı hücumçusu Kriştiano Ronaldo yenidən Avropa futboluna qayıda bilər.

News24.az xəbər verir ki, bu barədə jurnalist Əlhaz Mutab sosial şəbəkələrdəki səhifəsində məlumat verib.

Bildirilir ki, 2023/24 mövsümündə Almaniya çempionu olan və Avropa Liqasının finalında İtaliyanın “Atalanta”sına da uduzan alman “Bayer”i portuqaliyalı hücumçunun xidmətində maraqlıdır. Komandanın baş məşqçisi Xabi Alonso şəxsən Ronaldonu klubda görmək istəyir. O, hücumçunun növbəti Çempionlar Liqası mövsümündə komandaya kömək edəcəyinə inanır.

Qeyd edək ki, 2 yanvar 2023-cü ildə Ronaldo ildə 200 milyon avro aldığı müqaviləyə əsasən Səudiyyə Ərəbistanından "Əl-Nasr"ın oyunçusu olub. . Portuqaliyalı hücumçu 2023-cü ildə komandanın baş məşqçisi Erik ten Haqla yaşanan gərginliyə görə “Mançester Yunayted”lə müqaviləsini ləğv etdikdən sonra Səudiyyə Ərəbistanından kluba keçib.

Bundan əvvəl Ronaldo 9 il "Real Madrid"də, 3 il isə Turində "Yuventus"da çıxış edib. Portuqaliyalı karyerası ərzində beş dəfə “Qızıl top” qazanıb və beş dəfə Çempionlar Liqasının qalibi olub.

Bundan əvvəl Ronaldo 2024-cü ildə dünyanın ən çox maaş alan idmançısı olub.

Günel Məlikzadə