Bella Hadid keffiye paltarı ilə Kannda
    • 24-05-2024, 23:00
    • 280

Bella Hadid keffiye paltarı ilə Kannda

Bu il Fransanın cənubundakı Kann şəhərində keçirilən 77-ci Kann Film Festivalı bütün möhtəşəmliyi ilə davam edir. Bu il mayın 14-25-də keçirilən festivala amerikalı model Bella Hadid də qatılıb.

News24.az xəbər verir ki, festivalda "L'Amour Ouf" (Beating Hearts) filminin premyerasına qatılan model zərifliyi ilə bəyənilib.

Versace tərəfindən qara paltar geyinən Hadid hər il festivalda böyük maraqla qarşılanır.

Bu gün podiumlarda ən çox axtarılan modellərdən biri olan Hadid sosial media hesabında tez-tez Fələstinə dəstəyini nümayiş etdirir.

Fələstinli iş adamı Məhəmməd Hadidin ABŞ-da doğulub boya-başa çatan qızı Hadid Kann küçələrində Fələstinə dəstək olub.

Məşhur model Fələstin müqavimətinin simvoluna çevrilən keffiye paltarı ilə diqqət çəkib.

Daha əvvəl Qəzzada davam edən müharibə ilə bağlı açıqlama verən model, 2021-ci ildə Nyu-Yorkda Fələstin tərəfdarları yürüşünə ağ-qara keffiyehlə qatılıb.

Günel Məlikzadə