Avropanın ən ucuz ölkəsi
    • 24-05-2024, 23:30
    • 157

Avropanın ən ucuz ölkəsi

Avropada ən ucuz otel bronu İtaliyada başa gələcək.

News24.az xəbər verir ki, bu məlumatı lenta.ru Yandex Travel xidmətinin məlumatlarına istinadən yayıb.

İtalyan otelində orta hesabla 5,3 min rubla bir gecə qala bilərsiniz. Analitiklər bildirirlər ki, birinci rüblə müqayisədə ölkədə otel qiymətləri 62% ucuzlaşıb.

Qeyd edək ki, xarici ölkələr arasında Filippin ən sərfəli yaşayış variantlarını təklif edir. Yerli oteldə gecələmək turistlərə cəmi 4,9 min rubla başa gələcək. Meksika və Vyetnamda mehmanxanada qalmaq üçün bir az daha çox ödəməli olacaqsınız - müvafiq olaraq 6,1 min rubl və 6,9 min rubl.

İndi ruslar arasında ən populyar xarici kurortlar arasında lider Abxaziyadır. Tur operatorları bildiriblər ki, iyun ayı üçün otel sifarişlərinin sayı artıq 2023-cü illə müqayisədə üç dəfə çoxdur.

Günel Məlikzadə