Rusiya bu azərbaycanlını deportasiya etdi
    • 25-05-2024, 15:40
    • 145

Rusiya bu azərbaycanlını deportasiya etdi

Rusiyanın Komi Respublikasının Ali Məhkəməsi 54 yaşlı Azərbaycan vətəndaşının soyadını və adını dəyişdirərək yenidən ölkəyə daxil olduqdan sonra Rusiya Federasiyasının hüdudlarından qovulması barədə qərar çıxarıb.

News24.az Lent.az-a istinadla xəbər verir ki, Sıktıvkar Şəhər Məhkəməsinin iki qərarı ilə müəyyən edilmiş 2030-cu ilə qədər Rusiyaya giriş qadağasına baxmayaraq, şəxs soyadını Şadlinskidən Yusifova dəyişib.

Komi Respublikasının Daxili İşlər Nazirliyi əvvəllər Rusiya Federasiyasının vətəndaşlığına qəbul edilmiş və sonradan xüsusilə ağır cinayət törətməkdə təqsirli bilinən şəxsə münasibətdə Rusiya Federasiyasının vətəndaşlığına xitam verilməsi barədə qərar qəbul edib.

Hazırda hüquq-mühafizə orqanlarının əməkdaşları həmin şəxsə qəbul edilmiş qərar barədə məlumat verilməsi və onun Rusiya Federasiyası vətəndaşının pasportunun, eləcə də Rusiya Federasiyası vətəndaşının xarici pasportunun müsadirə edilməsi istiqamətində iş aparır.

Sonuncu qanun pozuntusu 2024-cü il yanvarın 25-də, Yusifov (keçmiş Şadlinski) yenidən Rusiya Federasiyasının sərhədini keçərkən baş verib. Məhkəmə 2000 rubl məbləğində məcburi inzibati cərimə ilə ölkədən inzibati çıxarma haqqında qərar verib.

Yusifov Komi Ali Məhkəməsinə şikayət ərizəsi ilə müraciət edərək deportasiya qərarının ləğv edilməsini istəyib, boşandıqdan sonra soyadını dəyişdiyini və bundan istifadə edərək Rusiya sərhədini keçmək niyyətində olmadığını bildirib. O, həmçinin Sıktıvkarda arvadı və iki övladı olduğunu iddia edib.

Komi Ali Məhkəməsi Yusifovun Rusiyadan kənarda qalması barədə qərarı təsdiqləyib və şikayətini rədd edib. Beləliklə, kişi məhkəmə qərarına əməl etməli və Rusiya Federasiyasının ərazisini tərk etməlidir.