Kapital Bank-ın Xankəndi filialı açıldı
    • 25-05-2024, 16:56
    • 362

Kapital Bank-ın Xankəndi filialı açıldı


Ölkənin birinci Bankı Kapital Bank Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarında fəaliyyətini genişləndirməyə davam edir. Belə ki, Zəngilən və Laçın filiallarının ardından bankın Xankəndi filialının açılışı baş tutdu. Açılışda Kapital Bank-ın İdarə heyətinin sədri, Baş icraçı direktor Fərid Hüseynov, Xankəndi şəhərində, Ağdərə və Xocalı rayonlarında Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəliyinin və Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin tabeliyində “Korporativ İdarəetmənin Təşkili və Koordinasiya Mərkəzi”nin Əmlak idarə edilməsi şöbəsinin rəsmi nümayəndələri, Xankəndi sakinləri və bankın nümayəndələri iştirak etdilər. 

Açılışda çıxış edən Fərid Hüseynov bildirdi ki, “Böyük qayıdışın dəstəkçilərindən biri olan, ölkənin birinci bankı kimi Xankəndidə fəaliyyətə başlamaq bizim üçün çox dəyərlidir. Bankımızın əsas məqsədlərindən biri də harada olmasından asılı olmayaraq,müştərilərimizə keyfiyyətli xidmət göstərməkdir. Bu qiymətli, sözün əsl mənasında dəyərli torpaqlarımızda öz yurdlarına qayıdan insanlara xidmət göstərmək bizim üçün daha böyük məsuliyyət və qürurdur”.

Yeni konsepsiya əsasında təqdim edilən Xankəndi filialı həftə içi 5 gün saat 9:00-dan 18:00-dək müştərilərə ən yüksək səviyyədə xidmət göstərəcək. Filial bunun üçün bütün zəruri şəraitə və imkanlara malikdir. Burada Xankəndi sakinlərinə əmanətlər, plastik kartlar, müxtəlif növ kreditlər və digər məhsullar, hesablaşma-kassa əməliyyatları, valyuta mübadiləsi kimi əməliyyatlar da daxil olmaqla bütün növ bank xidmətləri təklif olunur.

Ölkədə ən böyük filial şəbəkəsinə malik bankın filiallarının sayı Xankəndi filialının açılışının ardından 120-yə çatdı. Tezliklə bankın Cəbrayıl şəhərində də filialının açılması planlaşdırılır.

Ölkənin birinci bankı olan Kapital Bank PAŞA Holding-ə daxildir və Azərbaycanda ən böyük filial şəbəkəsi, 120 filialı və 53 şöbəsi ilə müştərilərin xidmətindədir. Bankın məhsul və xidmətləri barədə daha ətraflı məlumat almaq üçün https://kapitalbank.az  saytına, 196 Sorğu Mərkəzinə və ya Bankın müxtəlif sosial şəbəkələrdə olan səhifələrinə müraciət edə bilərsiniz. Nağd pul krediti sifarişi üçün— https://kbl.az/prgtk, Birbank kartı sifarişi üçün — https://kbl.az/prcrc.