Zelenskidən ŞOK XƏBƏRDARLIQ
    • 26-05-2024, 14:19
    • 257

Zelenskidən ŞOK XƏBƏRDARLIQ


“Rusiya qoşunları Xarkovdan 90 kilometr aralıda, sərhəd yaxınlığında yeni qrup toplayır”.

News24.az Musavat.com-a istinadla xəbər verir ki, bu barədə Ukrayna prezidenti Vladimir Zelenski dünya liderlərinə videomüraciəti zamanı deyib.

“Təcavüzün yeganə mənbəyi Rusiyadır və daim müharibəni genişləndirməyə çalışır. Rusiya hücuma cəhd etməyə hazırlaşır və buradan 90 kilometr şimal-qərbə doğru daha bir qoşun qrupu sərhədimizə toplaşır. Bunu edən adam sülhü istəməz. Rusiya dialoq istəyirmi? Ukrayna danışıqlarda Rusiya tərəfindən aldadılma üzrə dünyada ən böyük təcrübəyə malikdir”, - deyə Zelenski qeyd edib.