Hindistanda əyləncə parkında yanğın olub, 28 nəfər ölüb
    • 26-05-2024, 18:23
    • 128

Hindistanda əyləncə parkında yanğın olub, 28 nəfər ölüb


Hindistanın Qucart ştatının Rackot şəhərində əyləncə parkının oyun zalında yanğın olub.

News24.az APA-ya istinadən verdiyi xəbərə görə, yanğın nəticəsində əksəriyyəti uşaq olmaqla, 28 nəfər ölüb.

Hadisə zamanı parkda 300-ə qədər insan olub.

İlkin ehtimala görə, yanğının səbəbi elektrik xəttində qısaqapanmadır.