Futbol üzrə Azərbaycan Premyer Liqasında mövsüm başa çatıb
    • 26-05-2024, 23:23
    • 299

Futbol üzrə Azərbaycan Premyer Liqasında mövsüm başa çatıb


Bu gün Azərbaycan Premyer Liqasında mövsümün sonuncu oyununa start verilib.

News24.az APA-ya istinadla xəbər verir ki, XXXVI turun son oyununda “Araz-Naxçıvan” “Qarabağ” komandası ilə qarşılaşıb.

Oyun 2:2 hesabı ilə başa çatıb.

“Köhlən atlar” Azərbaycan Premyer Liqasında 2023/2024 mövsümünün çempionu olub.

Ağdam təmsilçisi tarixində 11-ci dəfə Azərbaycan çempionatını qazanıb.

“Zirə” cari mövsümü 2-ci, “Sabah” 3-cü, “Sumqayıt” komandası isə 4-cü yerdə başa vurub.