Rəfaha bombalı hücum
    • 27-05-2024, 11:41
    • 226

Rəfaha bombalı hücum

İsrail ordusu Rəfahın şimal-qərbində, Birləşmiş Millətlər Təşkilatının Fələstinli Qaçqınlara Yardım və İşlər üzrə Agentliyinin (UNRWA) anbarlarının yerləşdiyi ərazinin yaxınlığında yaşayan məcburi köçkün fələstinlilərin çadırlarını bombalayıb. Hücumda ən azı 40 fələstinli həyatını itirib.

News24.az xəbər verir ki, Fələstin Səhiyyə Nazirliyi tərəfindən edilən yazılı açıqlamada bu ifadə işlədilib:

“Rəfəh şəhərində bu sayda ölü və yaralı qəbul edə biləcək xəstəxana olmadığı üçün təcili yardım qrupları ölü, yaralıları daşımaqda çətinlik çəkir".

Fövqəladə Rifah Komitəsindən verilən açıqlamada, İsrail ordusunun daha əvvəl "təhlükəsiz" adlandırdığı bölgədə məcburi köçkün fələstinlilərin çadırlarını bombaladığı və bu hücumun İsrail ordusunun "məcburi yer tapmaq" iddialarını təkzib etdiyi qeyd edilib. 

Bəyanatda deyilir: “Köçkün mülki əhalinin kütləvi şəkildə qətlə yetirilməsi İsrailin hərbi hücumların dayandırılması bütün beynəlxalq tələb, qərarlarına məhəl qoymadan Rafahda qətl və dağıtma əməliyyatlarını davam etdirməkdə israrlı olduğunu ortaya qoyur”.


Günel Məlikzadə