Havadakı toz dumanı qəsdən yaradılıb? - AÇIQLAMA
    • 27-05-2024, 19:17
    • 179

Havadakı toz dumanı qəsdən yaradılıb? - AÇIQLAMA

“Bakı ərazisində müşahidə olunan hazırkı tozlanma irimiqyaslı regional şəraitdə baş verən tozlanmadır. Xəzər dənizinin cənub və şərq hissəsində yaranan toz fırtınaları Xəzərin üzərindən keçməklə Azərbaycan ərazisinə daxil olub. Nəticədə, ölkə ərazisində bərk hissəsiciklərin səviyyəsi normadan 3-4 dəfə artıb. Əlbəttə, ekologiyanın qəsdən çirkləndirilməsi halından danışmaq olmaz. İddia edirlər ki, konspiroloji olaraq bunu kimsə yaradır. Belə şeyləri qəbul etmirəm, qətiyyən belə şeylər yoxdur. Bu cür tozlanmalar mütəmadi baş verən hadisələrdir, sadəcə, tezliyi bir qədər az olduğu üçün bizə qəribə gəlir. Yəni hər üç-dörd ildən bir, bəlkə də, beş-on ildə belə hadisələr müşahidə olunub”. 

News24.az bildirir ki, bu sözləri Pravda.az-a açıqlamasında tanınmış ekoloq Rövşən Abbasov deyib. 

“Azərbaycana gələn transsərhəd tozların əsas mənbəyi Qaraqum və Qızılqum sərhası, eyni zamanda İranın şimalında baş verən mütəmadi fırtınalardır. Əlbəttə, insanlar özlərini qorumalıdırlar. Çünki hava keyfiyyəti çox aşağı düşəndə bəzən həssas insanların nəfəs alması çətinləşir. Belə hava gəzinti üçün də əlverişli deyil. Evdə oturmaq lazımdır. Evin havasını dəyişmək üçün kondisionerldən istifadə etmək məsləhətdir. Azərbaycan ərazisini daha yaxşı əhatə edən “SILAM World” sisteminin proqnozuna görə, mayın 28-dən sonra hava keyfiyyəti tədricən düzələcək”, - o bildirib.