İsrail etiraf etdi
    • 27-05-2024, 22:10
    • 191

İsrail etiraf etdi

İsrail Rafahdakı hücumla bağlı açıqlamasında mülki vətəndaşların öldüyünü etiraf edib.

News24.az xəbər verir ki, İsrail hökumətinin bu gün verdiyi açıqlamada, “İlkin təsbitlərə görə, İsrailin HƏMAS rəhbərlərini hava hücumu ilə vurmasından sonra başlayan yanğında Rəfahda mülki vətəndaşlar həlak olub” , - deyə bildirilib.

Ən az 40 Fələstinli mülki vətəndaşın həyatını itirdiyi hücumla bağlı İsrail ordusundan verilən ilk açıqlamada, Rəfahda yüksək səviyyəli Həmas üzvlərinin hədəf alındığı bildirilib.

"Bu hərəkət beynəlxalq hüquqa uyğun olaraq, dəqiq döyüş sursatlarından istifadə edilməklə və ərazinin HƏMAS tərəfindən istifadə edildiyini göstərən əvvəlki kəşfiyyat məlumatlarına əsasən həyata keçirilib", - ordu sözçüsü bildirib.

Ancaq İsrailin hücumu bölgəyə sığınan fələstinlilərin sağ qalmağa çalışdığı çadır düşərgəsini hədəf alarkən, orada başlayan yanğın qırğına səbəb olub.

Hücum nəticəsində aralarında uşaqların da olduğu dinc sakinlər həyatını itirib, yaralananlar da var.

Günel Məlikzadə