Əməkdar artist bu hadisədən sonra xəstəlik tapıb
    • 28-05-2024, 13:03
    • 18 658

Əməkdar artist bu hadisədən sonra xəstəlik tapıb

Əməkdar artist Nüşabə Ələsgərli xəstəliyindən danışıb.

News24.az olay-a istinadla bildirir ki, sənətçi səhhətindəki problemə görə yeməkləri udmaqda çətinlik çəkdiyini deyib. O, bu barədə "Həmin Zaur” proqramında söz açıb.

"İldə iki dəfə sağlamlığımla bağlı yoxlanışa gedirəm. Məndə tiroid var. Dərman içirəm. Yalançı düyün deyirlər, toksik deyil. Yeməklə bağlı problemim var. Udquna bilmirəm, çox pis xəstəlikdir. Dünyanın naz-nemətini qarşına qoyurlar, amma uda bilmirsən. Yeyəndə mütləq su içməliyəm. Əslində müalicə olunan bir xəstəlikdir. Bu sinir sistemi ilə bağlıdır, keçirdiyim stresə görə olub. Tikə əti nə vaxt yediyim yadıma gəlmir, çeynədikdən sonra kənara qoyuram. Yalnız ətin suyunu içirəm. Meyvələri rəndədən keçirib yeyirəm. Bunun üçün psixoloji dərmanlar içmək lazımdır. Vaxtında ağır stresslər keçirdim. Moskvaya gedərkən təyyarədə bərk qorxdum, ondan sonra udqunmaqla bağlı problemim başladı”, - deyə, Ələsgərli söyləyib.