Elçin Sangu:
    • 28-05-2024, 22:20
    • 232

Elçin Sangu: "Oyun oynayırdım"

Bir müddət əvvəl Star TV-də yayımlanan "Çöp Adam" serialında baş rolu Engin Altan Düzyatanla paylaşan Elçin Sanqu bir müddətdir ki, diqqət mərkəzindən uzaq bir həyat yaşayır.

News24.az xəbər verir ki, sosial media hesabında vaxtaşırı paylaşımlar edən Sanqu pərəstişkarlarının marağına səbəb olub. Sanqu izləyicilərinə "Hara yox oldunuz?" sualına cavab verib.

38 yaşlı aktrisa bu günlərdə oyun oynamaqla məşğul olduğunu bildirib. Bunun üzərinə “Bu, real deyil?”, “Çox təəccübləndim” kimi şərhlər alan Sanqu yeni paylaşım edib.

Tanınmış aktrisa "Sadəcə çoxlu oyun oynayıram və əylənmək üçün istədiyimi oynayıram. "Gamer" olduğumu deyə bilmərəm. Sadəcə oynamağı sevirəm, bu qədər. Sakit olun..." deyib.

Günel Məlikzadə