"Qalatasaray"dan Viktor Nelsson qərarı
    • 28-05-2024, 22:30
    • 335

"Qalatasaray"dan Viktor Nelsson qərarı

Qalatasaray ötən mövsüm çoxlu təklif alan, lakin getməyinə icazə vermədikləri Nelssonla bağlı yeni mövsüm öncəsi qərarını dəyişib.

News24.az xəbər verir ki, "Qalatasaray" transfer dövründə Viktor Nelssona edilən təklifləri dəyərləndirəcək. Ötən mövsüm tərk etməyə icazə verilməyən danimarkalı müdafiəçi bu dəfə heç bir maneə ilə üzləşməyəcək. "Qalatasaray"ın Nelsson üçün 20 milyon avroluq təklifləri nəzərdən keçirəcəyi gözlənilir.

Qeyd edək ki, Nelsson bu mövsüm "Qalatasaray"ın heyətində 46 matçda forma geyinib. 25 yaşlı müdafiəçi bu görüşlərdə 1 qol vurmağı bacarıb.

Günel Məlikzadə