-
- 28-05-2024, 16:19
- 212
Aİ və Avstraliya əməkdaşlıq edəcəklər
Avropa İttifaqı (Aİ) Komissiyası davamlı kritik və strateji faydalı qazıntılar üzrə əməkdaşlıq üçün ikitərəfli tərəfdaşlığın inkişaf etdirilməsi üçün Aİ ilə Avstraliya arasında anlaşma memorandumu imzalandığını açıqlayıb.
News24.az xəbər verir ki, bəyanatda qeyd olunub ki, bu tərəfdaşlıq hər iki tərəfə üstünlüklər verəcək, xüsusilə Avstraliyanın yerli kritik mineral sektorunun inkişafına töhfə verəcək. Aİ-yə onun yaşıl və rəqəmsal transformasiyası üçün tələb olunan xammal tədarükünü diversifikasiya etməyə imkan verəcək.
Bəyanatda, tərəfdaşlığın mədən tullantılarının kəşfiyyatı, hasilatı, emalı kimi bütün kritik və strateji mineral dəyər zəncirini əhatə etdiyi, Aİ və Avstraliyanın birgə layihələr hazırlayacağı, əməkdaşlığı artıracağı bildirilib.
Tərəflərin davamlı xammal dəyər zəncirlərini birləşdirəcəkləri, tədqiqat və innovasiya sahəsində əməkdaşlığı artıracaqları, ekoloji, sosial standartları, təcrübələri təşviq edəcəkləri bildirilib.
Qeyd edək ki, Aİ 2021-ci ildə Kanada və Ukrayna, 2022-ci ildə Qazaxıstan və Namibiya, 2023-cü ildə Argentina, Çili, Zambiya, Konqo Demokratik Respublikası və Qrenlandiya, bu il isə Ruanda, Norveç və Özbəkistan ilə oxşar sazişlər imzalayıb.
Günel Məlikzadə