"Fransız xalqı kef edir": 4 min nəfərlik piknik
    • 28-05-2024, 17:27
    • 285

"Fransız xalqı kef edir": 4 min nəfərlik piknik

Fransanın paytaxtı Parisin dünyaca məşhur Yelisey küçəsində piknik tədbiri keçirilib.

News24.az xəbər verir ki, küçəyə qırmızı-ağ parça döşənib. Tədbirə təxminən 4 min adam qatılıb.

Pulsuz və hər kəsə açıq olan tədbirə 273 min adam müraciət edib. 21 Mayda keçirilən püşkatma ilə piknikdə iştirak etmək hüququ qazananların təsadüfi seçildiyi bildirilib.

Tədbirin keçirildiyi ərazidə 8 mətbəx qurulub, iştirakçılar isə piknikdə günəşli havanın dadını çıxarıblar.

Günel Məlikzadə