Rəisi və Abdullahiyanın adları küçələrə verildi
    • 29-05-2024, 00:08
    • 228

Rəisi və Abdullahiyanın adları küçələrə verildi


Tehranda iki küçəyə təyyarə qəzasında həlak olan prezident İbrahim Rəisinin və xarici işlər naziri Hüseyn Əmir-Abdulahianın adları verilib.

News24.az Teleqraf.com-a istinadla xəbər verir ki, bu barədə İran paytaxtının şəhər şurasının mədəniyyət komitəsinin rəhbəri Narges Madanipour məlumat verib.

"Tehranın 15-ci məhəlləsində, Bəsic meydanı ilə kəsişməsindən Bəhmən meydanına qədər olan Beesat şosesi şəhid Ayətullah Rəisinin şərəfinə adlandırılıb. Pastori küçəsinin şərq hissəsi də həlak olmuş prezidentin adını daşıyır. İran prezidentinin ofisi Pastori küçəsinin həmin hissəsində yerləşir. Kuşk küçəsi xarici işlər naziri Hüseyn Əmir-Abdolahyanın şərəfinə dəyişdirilib", - komitə sədri qeyd edib