Çindən 47,5 milyard dollarlıq fond
    • 29-05-2024, 15:14
    • 326

Çindən 47,5 milyard dollarlıq fond

Çin çip sənayesinin tədqiqat və inkişafını təşviq etmək üçün 344 milyard yuan (47,5 milyard dollar) nizamnamə kapitalı ilə dövlət tərəfindən dəstəklənən yeni investisiya fondu yaradıb.

News24.az xəbər verir ki, rəsmi şirkət qeydiyyat məlumatlarına sahib olan Tianyancha-ya görə, Çin İnteqrasiya edilmiş Circuit Sənaye İnvestisiya Fondunun üçüncü mərhələsi mayın 24-də rəsmi olaraq təsis edilib.

Qeyd edək ki, Fond müxtəlif dövlət bankları və müəssisələrindən 344 milyard yuan (47,5 milyard dollar) cəlb edib. Çin Maliyyə Nazirliyi 17 faiz payla yeni fondun ən böyük investorudur.

Vaşinqton administrasiyası Çinə yüksək texnologiya ixracına məhdudiyyətlər qoysa da, Pekin administrasiyası ölkənin özünü təmin etməsi üçün yarımkeçiricilərdə tədqiqat və inkişafı təşviq etməyi hədəfləyir.

Onu da bildirək ki, Çin son illərdə iki fond vasitəsilə SMIC və Hua Hong kimi yarımkeçirici istehsalçılarına milyardlarla dollar xərcləyib.


Günel Məlikzadə