Əsir mübadiləsi dayandırılıb - Ombudsman
    • 29-05-2024, 15:55
    • 166

Əsir mübadiləsi dayandırılıb - Ombudsman

Rusiya və Ukrayna arasında əsir mübadiləsi artıq bir neçə aydır ki, dayandırılıb.

News24.az Axar.az-a istinadla xəbər verir ki, bu barədə Rusiyanın insan hüquqları üzrə müvəkkili Tatyana Moskalkova Rusiya Dövlət Dumasının vətəndaş cəmiyyətinin inkişafı üzrə komitəsinin iclasında deyib.

Moskalkova Ukrayna ombudsmanı və Beynəlxalq Qızıl Xaç Komitəsi ilə dialoq apardıqlarını və qarşılıqlı şəkildə əsirlərə baş çəkdiklərini əlavə edib.