-
- 29-05-2024, 21:00
- 227
“Paşinyanın taleyini bu şəxs müəyyən edəcək” - Korotçenko
Ermənistanda baş verənlərin hansı istiqamətdə gedəcəyi daxili işlər nazirindən asılı ola bilər.
News24.az Teleqraf.com-a istinadla xəbər verir ki, bunu Ermənistandakı son gəlişmələri şərh edən rusiyalı hərbi ekspert İqor Korotçenko deyib.
“Hazırkı siyasi vəziyyətdə müxalifətlə Paşinyan rejimi arasındakı qarşıdurmada hadisələrin sonrakı gedişatının qəti şəkildə asılı olduğu əsas fiqur daxili işlər naziri Vahe Qazaryandır. Əsas güc resursu Qazaryanın əlindədir. Ermənistan ordusunun generallarına gəlincə, onlar susurlar və gözləmə mövqeyi tuturlar, onlara Suren Papikyan (müdafiə naziri) nəzarət edir.
Milli Təhlükəsizlik Xidməti (Armen Abazyan) əməliyyat və texniki işləri adi qaydada həyata keçirir, həmişə güclülərin tərəfini tutur, bu dəfə də tutacaq.
Əsas sual budur: erməni kilsəsi Paşinyanı lənətləyə bilərmi - onun hakimiyyətinin legitimləşdirilməsi və desakrallaşdırılmasının gedişi kimi? Paşinyan bu ehtimalı nəzərə alırmı və nə edə bilər?”, - ekspert vurğulayıb.
Ermənistanın “Past” qəzeti Vahe Qazaryanın Rusiyaya bağlı şəxs olduğunu yazır. Nəşrin iddiasına görə, Qazaryan Avropa Birliyi və ABŞ-nin İrəvandan vəzifələrindən kənarlaşdırılmasını tələb etdiyi şəxslərin başında gələn fiqurlardan biridir. Bu, onun Kremllə əlaqəli şəxs olması ilə bağlıdır. Amma Paşinyanın çoxdankı tanışı olan daxili işlər nazirindən arxayın olduğu da bildirilir.
Qərbin Rusiyanın adamı hesab etdiyi şəxslərdən biri də, Ermənistan ordusunun Baş Qərargah rəisi Edvard Asryandır. Ümumiyyətlə, Ermənistan generallarının əksəriyyətinin Rusiyaya bağlılığı hər kəsin bildiyi məsələdir. Onlara nəzarət indi Qərbə yaxınlığı ilə tanınan Suren Papikyanın əlindədir.