Xəzərdə orta əsrlərə aid gəmilərin axtarışına başlandı
    • 30-05-2024, 10:48
    • 104

Xəzərdə orta əsrlərə aid gəmilərin axtarışına başlandı

Rusiya Müdafiə Nazirliyi və Rus Coğrafiya Cəmiyyətinin (RSC) birgə ekspedisiyası Xəzər dənizində I Pyotrdan öncəki dönəmə aid batmış gəmilərin axtarışına başlayıb.

News24.az Teleqraf.com-a istinadla xəbər verir ki, bu barədə Rusiya Müdafiə Nazirliyi məlumat yayıb.

“Xəzərin dəniz tarixi-mədəni irsi” adlı birgə ekspedisiya Xəzər dənizinin Dərbənd limanı akvatoriyasında fəaliyyətə başlayıb.

İki həftə ərzində ekspedisiya üzvləri Dərbənd limanının akvatoriyasında dəniz dibinin bir sıra ərazilərində hidroqrafik kəşfiyyat işləri aparacaqlar.

Ehtimal edilir ki, axtarış zonasında I Pyotrdan əvvəlki dövrə aid batmış gəmilər və orta əsrlərə aid su altında qalmış yaşayış məntəqələri və dəniz infrastrukturu ola bilər