Aldığı zərbədən sonra dahi oldu
    • 30-05-2024, 16:28
    • 195

Aldığı zərbədən sonra dahi oldu

Jason D. Padgett 1970-ci ildə ABŞ-da anadan olub. Ətrafı tərəfindən spirtli içkilərə və əyləncələrə aludəçiliyi ilə tanınan Padgett 2002-ci ilə qədər riyaziyyat və incəsənətlə maraqlanmayıb.

News24.az xəbər verir ki, Padgett 2002-ci ildə bir axşam Vaşinqtonda dostları ilə gəzərkən hücuma məruz qalıb. Başından aldığı zərbələr nəticəsində ağır kəllə-beyin travması alan kişiyə beyin silkələnməsi və qanaxma diaqnozu qoyulub. Lakin faktiki zərərin ağırlığı ilkin olaraq tanınmayıb.

Qeyd edək ki, hücumdan sonra Padgett dünyanı pikselli görməyə başlayıb. Zaman keçdikcə ətrafındakı cisimləri və hərəkətləri həndəsi naxışlar, formalar kimi qəbul etməyə başlayıb.

Bu, onun riyaziyyat və həndəsə ilə dərindən maraqlanmasına səbəb olub. Neyroloq Berit Broqard və komandası Padgettin vəziyyətini araşdırıb. Onun sinesteziyadan əziyyət çəkdiyini aşkar ediblər.

Padgettin beyninin görmə qabığı ilə riyazi əməliyyatları yerinə yetirən beyin sahələri arasında unikal əlaqə olub.

Jason Padgettin qeyri-adi transformasiyası müxtəlif televiziya proqramlarında və sənədli filmlərdə nümayiş etdirilib. Geniş tamaşaçı kütləsi tərəfindən maraqla izlənilib.

Onu da bildirək ki, Jason Padgett beyin travmasının insan qavrayışını necə dəyişdirə biləcəyi və potensial olaraq müsbət nəticələrə gətirib çıxara biləcəyi barədə məlumatlılığı artırmaq üçün işini davam etdirir.

Padgett həyat fəlsəfəsini belə yekunlaşdırır: "Həqiqətin mövcudluğuna daim heyran olmalısan. Mən riyazi bir oyanış keçirirəm və sehrə ən yaxın şey ətrafımızdadır".

Günel Məlikzadə