Dörd ayı ər-arvadı parçaladı
    • 29-02-2024, 19:37
    • 376

Dörd ayı ər-arvadı parçaladı

Hindistanda cütlük 4 ayı tərəfindən parçalanıb.

News24.az Lent.az-a istinadla bildirir ki, hadisə fevralın 26-da Racastan ştatında baş verib. Sirohi şəhərində 4 vəhşi heyvan ər və arvadın üstünə hücum çəkib. Qadın daha ağır yaralanıb. Ayılar onun hər iki qolunu sındırıb və ağır kəllə-beyin travmasına səbəb olub.

Zərərçəkənlər xəstəxanaya çatdırıldıqdan sonra həkimlər qadının vəziyyətinin məhz kəllə-beyin travması səbəbindən çox ağır olduğunu bildiriblər. Kişinin hansı xəsarətlər aldığı barədə məlumat verilmir.