Arvadını sevən qohumunu  güllələdi – AZƏRBAYCANDA ŞOK CİNAYƏT
    • 11-05-2019, 16:58
    • 1 091

Arvadını sevən qohumunu güllələdi – AZƏRBAYCANDA ŞOK CİNAYƏT

Bir müddət əvvəl Hacıqabulda qohumunu güllələyən şəxs Ali Məhkəməyə müraciət edib.

 News24.az-ın məlumatına görə, Cinayət Məcəlləsinin 120.2.4-cü, yəni, xüsusi amansızlıqla və ya ümumi təhlükəli üsulla adam öldürmə maddəsi ilə məhkum edilmiş Soltanov İxtiyar Tofiq oğlu Ali Məhkəmədən işə yenidən baxılmasını və ittiham edildiyi maddənin dəyişdirilməsini xahiş edib.

 İşə hakim Əli Seyfəliyevin sədrliyi ilə baxılacaq.

Qeyd edək ki, hadisə Hacıqabul rayonunun Nəvahi kəndindəki kafedə baş verib. 2015-ci ilin mayın 29-da Hacıqabul rayonu Nəvahi qəsəbəsinin ərazisində yerləşən "Nur" kafesində qəsəbə sakini İxtiyar Soltanov münaqişə zəminində ov tüfəngindən atəş açaraq qohumu, Salyan rayon sakini Mikayıl Əzizova xəsarət yetirib. İ.Soltanov könüllü olaraq Hacıqabul RPŞ-yə gələrək təslim olub və hadisəni törədərkən istifadə etdiyi, müvafiq sənədləri olmayan "TOZ-12" markalı tüfəngi təhvil verib.

Araşdırma zamanı məlum olub ki, güllələnən Mikayıl əvvəllər İxtiyarın həyat yoldaşını sevirmiş.  Mikayıl İxtiyarın işlədiyi vulkanizasiya sexində söhbət edən zaman köhnə sevgisi onu dilə gətirib. Onun İxtiyara "sənin yoldaşını mən sevirdim, amma sənə qismət oldu" deməsi qanlı hadisə üçün qığılcım olub. Tüfəng götürüb gələn İxtiyar Mikayılı elə sexinin yaxınlığındakı marketdən bayıra çağırıb atəş açıb. İki güllə Mikayılın daxili orqanlarını zədələyib.