-
- 16-06-2019, 12:01
- 959
Bakıya gəlib ondan kömək istəyən bacısını apardı – ÖLDÜRÜB MEYİTİNİ YANDIRDI
4 il əvvəl Hacıqabul rayonu ərazisində bacısını öldürərək yandıran 1998-ci il təvəllüdlü Namaz Hadıyev hökmdən kassasiya şikayəti verib.
News24.az-ın məlumatına görə, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 120.2.4-cü, yəni xüsusi amansızlıqla, və ya ümumi təhlükəli üsulla adam öldürmə maddəsi ilə ittiham edilərək 18 il müddətinə azadlıqdan məhrum edilən N.Hadıyev işin yenidən araşdırılmasını və barəsindəki hökmün dəyişdirilməsini xahiş edib. Müraciətə hakim Şahin Yusifovun sədrliyi ilə baxılacaq.
Qeyd edək ki, Ş.Hadıyev 2015-ci ilin iyulun 5-də Hacıqabul rayonunun Qızılburun kəndi ilə Atbulaq kəndi arasında olan ərazidə baş verib.
Mingəçevir şəhər sakini, 1997-ci il təvəllüdlü Namaz Hadıyev 1998-ci il təvəllüdlü bacısı Gövhər Hadıyevanı qətlə yetirib. Üzərində 38 bıçaq yarası olan meyit Bakı-Qazax magistralının kənarında yandırılmış halda aşkarlanıb. Qətl hadisəsi qısqanclıq zəminində baş verib. Qətlə yetirilən Gövhər Hadıyevanın bir müddət əvvəl Migəçevirdən Bakıya gələrək, bir daha geri qayıtmayıb. Qardaşı onun Bakıda yüngül əxlaqlı qadınlara qoşulması haqda məlumat alıb. N.Hadıyev bacısını axtarsa da, tapıb onu evə qaytara bilməyib. İyulun 4-də gizli nömrədən zəng edən bacısı qardaşına deyib ki, evdən qaçdığına görə çox peşmandır və bağışlanılmasını istəyib. G.Həsənova evə qayıtmağa pulunun olmadığını deyib. N.Hadıyev Bakıya gələrək Mingəçevirə qayıtmaq adı ilə taksi tutub. Hacıqabulda bacısı ilə maşından düşən N.Hadıyev taksini yola salıb. Daha sonra bacısına 38 bıçaq vurub və meyitin üzərinə kol-kos yığaraq yandırıb. Qətldən 2 gün sonra polisə müraciət edən N.Hadıyev törətdiyi əməli etiraf edərək, namus ləkəsini təmizləmək üçün cinayət törətdiyini bildirib.
Lənkəran Ağır Cinayətlər Məhkəməsi Namaz Hadıyevi Cinayət Məcəlləsinin 120.2.4-cü (xüsusi amansızlıqla və ya ümumi təhlükəli üsulla adam öldürmə) və digər maddələri ilə təqsirli bilərək 18 il müddətinə azadlıqdan məhrum edib.
Şirvan Apelyasiya Məhkəməsi hökmdən verilən şikayəti təmin etməyib.