![Daşkəsənə dolu düşüb - FAKTİKİ HAVA](/uploads/posts/2024-05/1717077862_665882ab7878c665882ab7878d1717076651de9f224a4068d63a14bb425343a1458a.webp)
-
- 30-05-2024, 18:17
- 119
Daşkəsənə dolu düşüb - FAKTİKİ HAVA
Mayın 30-u saat 16:30-a olan məlumata əsasən əvvəlcədən xəbər verildiyi kimi, əksər rayonlarda hava şəraiti əsasən yağmursuz keçib.
Bu barədə News24.az-a Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib. Bildirilib ki, Qobustan, Daşkəsən, Gədəbəydə arabir leysan xarakterli yağış yağıb, şimşək çaxıb.
Saat 16:07-16:08 radələrində Daşkəsən rayonuna diametri 15 mm olan dolu düşüb.
Havanın temperaturu Bakıda və Abşeron yarımadasında 27-31, Naxçıvan MR-da 24-29, Aran rayonlarında 27-31, dağlıq rayonlarda 16-21 dərəcə isti olub.