4 yaşlı qızının ölümünə bais oldu
    • 30-05-2024, 18:26
    • 145

4 yaşlı qızının ölümünə bais oldu

Şəkər xəstəsi olan 4 yaşlı qızına qazlı su ilə qarışdırılmış uşaq qidası yedirən ana onun ölümünə baiskar olub.

News24.az Yenisabah.az-a istinadla xəbər verir ki, hadisə ABŞ-nin Ohayo ştatında baş verib.

Tamara Banks adlı qadın qızına qazlı şirin su ilə qarışdırılmış körpə yeməyi yedizdirib. Balaca qızcığazda günlərdir ciddi  problemlərin əlamətləri görünüb. Lakin anası uşağın nəfəsi kəsilib rəngi göyərəndən sonra 911-ə (xilasetmə xidməti - red.) zəng vurub. Uşaq xəstəxanaya çatdırılsa da, onun həyatını xilas etmək mümkün olmayıb.

Banks qızının ölümünə baiskar olduğunu etiraf edib. Prokurorlar bildiriblər ki, Karmiti adlı qızcığaz qısa ömrü boyunca daim laqeydliyə məruz qalıb, düzgün qidalanma və tibbi yardımdan məhrum olub. Ölüm anında qızın dişlərinin tamamilə çürüdüyü müəyyən edilib. Onun diaqnozu qoyulmamış şəkər xəstəliyi ucbatından bir dəfə komaya düşdüyü də məlum olub.

Hazırda qadın saxlanılıb, istintaq davam edir.