-
- 31-05-2024, 12:43
- 309
Putin Təhlükəsizlik Şurası katibinin müavinini vəzifəsindən azad etdi
Rusiya prezidenti Vladimir Putin Mixail Popovun Rusiya Federasiyası Təhlükəsizlik Şurası katibinin müavini vəzifəsindən azad edilməsi haqqında fərman imzalayıb.
News24.az xəbər verir ki, bu barədə sənəd rəsmi hüquqi informasiya portalında dərc olunub.
"Mixail Mixayloviç Popov Rusiya Federasiyası Təhlükəsizlik Şurası katibinin müavini vəzifəsindən azad edilsin", - sənəddə deyilir.
Qeyd edək ki, Popov 29 mart 2013-cü ildən Rusiya Federasiyası Təhlükəsizlik Şurası katibinin müavini vəzifəsində çalışıb. Bundan əvvəl, 2012-ci ildən o, Rusiya Federasiyası Təhlükəsizlik Şurası katibinin köməkçisi olub. Rusiya Federasiyasının Əməkdar Hərbi Mütəxəssisidir. O, Aleksandr Nevski ordeni, “Hərbi xidmətlərə görə” və “Şərəf” ordeni, Rusiya Federasiyası Prezidentinin medalları və təşəkkürləri ilə təltif edilib.
Mehriban Mirzəzadə