İcra hakimiyyətinin məmuru qəflətən öldü - FOTO
    • 31-05-2024, 15:41
    • 2 716

İcra hakimiyyətinin məmuru qəflətən öldü - FOTO

Azərbaycanda daha bir vəzifəli şəxs dünyasını dəyişib. 

News24.az yenisabah.az-a istinadla xəbər verir ki, İsmayıllı rayon icra hakimiyyətinin başçısının Gəraybəyli kənd inzibati dairəsi üzrə nümayəndəsi Rüstəm Babayev vəfat edib. Bu barədə onun dostları sosial şəbəkə hesablarında məlumat yayıblar. 

Onlar Rüstəm Babayevi vəzifəsinin öhdəsindən bacarıqla gələn təcrübəli dövlət məmuru kimi xarakterizə ediblər. 

Allah rəhmət eləsin.