Ölkə lideri icazə istədi - “Rusiyaya hücum etməliyik”
    • 31-05-2024, 19:30
    • 308

Ölkə lideri icazə istədi - “Rusiyaya hücum etməliyik”

Ukrayna hərbi qüvvələrinə Qərb müttəfiqləri tərəfindən verilən silahlardan istifadə edərək Rusiya ərazisinə hücum etmək hüququ verilməlidir.

News24.az Teleqraf.com-a istinadla xəbər verir ki, bunu Ukrayna Prezidenti Vladimir Zelenski deyib.

“Bu, tamamilə məntiqsizdir. Silahımız var, Rusiya tərəfdən bizi öldürən qatilləri, terrorçuları da görürürk, amma heç nə edə bilmirik. Mənə elə gəlir ki, hərdn bu duruma görə bizə gülürlər. Yəni anlayırlar ki, biz onları görürük, amma vura bilmirik”, - Ukrayna lideri vurğulayıb.

Zelenski Böyük Britaniyanı misal çəkərək qeyd edib ki, London hələ də Rusiyaya silahları ilə zərbə endirməyə yüz faizlik icazə verməyib, çünki ABŞ-nin oxşar addımını gözləyir.

“Bu məsələni iki dəfə qaldırdıq, amma təsdiq almadıq”, - Ukrayna lideri Britaniya xarici işlər naziri Devid Kemerona istinadla bildirib.

Son günlərdə bəzi Qərb dövlətləri Ukrayna Silahlı Qüvvələrinin aldığı silahlarla Rusiya ərazisinə zərbələr endirmək qadağasını ləğv edib. Fransa və Almaniya liderləri Kiyevin belə bir hüququnun olduğunu bəyan ediblər. Amma bunun razılıq olub-olmadığı bəlli deyil.

ABŞ mediasının məlumatına görə, Prezident Co Bayden də Ukraynaya Rusiya hədəflərinə Amerika silahları ilə hücum etməyə icazə verib, ancaq bu, təkcə sərhədyanı Belqorod vilayətinə aiddir.