Avtomobil aşdı: Ölən və yaralananlar var
    • 31-05-2024, 17:40
    • 143

Avtomobil aşdı: Ölən və yaralananlar var

Zonquldaqda içərisində eyni ailədən 4 nəfərin olduğu avtomobil aşıb. 

News24.az xəbər verir ki, qəzada avtomobili idarə edən Musa Altay, həyat yoldaşı və oğlu xəsarət alıb. Sürücünün anası dünyasını dəyişib.

Hadisə yerinə təcili yardım, polis və xilasetmə qrupları sövq edilib.

Qeyd edək ki, qəza ilə bağlı araşdırmalar davam edir.

Günel Məlikzadə