Ronaldonun gələcəyi bəlli oldu
    • 1-06-2024, 10:26
    • 244

Ronaldonun gələcəyi bəlli oldu

"Əl Nəsr"in baş direktoru Qvido Fienqa hücumçu Kriştiano Ronaldonun gələn mövsüm də klubda qalacağını bildirib. 

News24.az xəbər verir ki, bu barədə jurnalist və insayder Fabrizio Romano X sosial şəbəkəsindəki səhifəsində yazıb.

Bundan əvvəl mediada Ronaldonun Avropaya qayıda biləcəyi barədə məlumatlar yayılıb. Alman Bayer onunla maraqlanıb, lakin forvard Səudiyyə Ərəbistanında oynamağa davam etmək qərarına gəlib.

Xatırladaq ki, 2 yanvar 2023-cü ildə Ronaldo ildə 200 milyon avro aldığı müqaviləyə əsasən Səudiyyə Ərəbistanından "Əl-Nasr"ın oyunçusu olub. Portuqaliyalı hücumçu 2023-cü ildə komandanın baş məşqçisi Erik ten Haqla yaşanan gərginliyə görə “Mançester Yunayted”lə müqaviləsini ləğv etdikdən sonra Səudiyyə Ərəbistanından kluba keçib.

Eyni zamanda, Ronaldo 9 il "Real Madrid"də, 3 il isə Turində "Yuventus"da çıxış edib. Portuqaliyalı karyerası ərzində beş dəfə “Qızıl top” qazanıb və beş dəfə Çempionlar Liqasının qalibi olub.

Günel Məlikzadə