85 yaşlı kişi 93 yaşlı bacısının başını kəsdi
    • 25-03-2024, 23:00
    • 220

85 yaşlı kişi 93 yaşlı bacısının başını kəsdi

Rusiyanın Moskva şəhərində 85 yaşlı kişi 93 yaşlı bacısını qətlə yetirib.

News24.az Lent.az-a istinadən xəbər verir ki, hadisə martın 24-də Novomikaylovski proyekti 3-də yerləşən yaşayış binasındakı mənzildə baş verib. Kişi bacısının boyun nahiyəsindən azı iki dəfə bıçaqlayıb. Təqaüdçü hadisə yerində dünyasını dəyişib.

Hüquq-mühafizə orqanlarının əməkdaşları şübhəli şəxsi saxlayıblar. Ona qarşı Rusiya Federasiyası Cinayət Məcəlləsinin 105-ci maddəsinin 1-ci hissəsi “Qətl” ilə cinayət işi açılıb. Dindirilmə zamanı kişi günahını etiraf edib və törətdiyi cinayətdən peşman olub.