Şəkidə üç yaşlı uşağı it dişlədi
    • 2-06-2024, 12:10
    • 125

Şəkidə üç yaşlı uşağı it dişlədi


Şəkidə üç yaşlı uşağı sahibsiz it dişləyib.

News24.az APA-ya istinadən bildirir ki,  hadisə rayonun Kiçik Dəhnə kəndində baş verib.

2021-ci il təvəllüdlü Elmir Elbəy oğlu Qədirlini küçədə sahibsiz it sağ ayağının baldır nahiyəsindən dişləyərək xəsarət yetirib.

Valideynlərinin köməkliyi ilə Şəki Rayon Mərkəzi Xəstəxanasına (RMX) çatdırılan Elbəy Qədirliyə lazımi tibbi yardım göstərilib. Ona quduzluq əleyhinə peyvənd vurulduqdan sonra ambulator müalicə almaq şərti ilə evə buraxılıb.