Çempion məşqçi istefaya göndərilib
    • 2-06-2024, 20:02
    • 185

Çempion məşqçi istefaya göndərilib


Ramiz Məmmədov Azərbaycan Premyer Liqasında “Şamaxı”nın baş məşqçisi olmayacaq.

News24.az İdman.biz-ə istinadən xəbər verir ki, bu barədə klubun İdarə Heyətinin iclasında qərar qəbul edilib.

“Şamaxı” təcrübəli mütəxəssisin rəhbərliyi ilə 1-ci liqada çempion olub. İdarə Heyəti əldə olunan uğura görə Məmmədova minnətdarlığını bildirib.

Qeyd edək ki, Məmmədov klubda idarə heyətinin sədr müavini kimi fəaliyyətini davam etdirəcək.