Astarada yük maşını velosipedçini vurdu
    • 2-06-2024, 22:21
    • 161

Astarada yük maşını velosipedçini vurdu


Astarada yol-nəqliyyat hadisəsi baş verib.

News24.az APA-ya istinadla xəbər verir ki, hadisə Astara rayonun Züngüləş kəndində baş verib.

Hərəkətdə olan "QAZ-66" markalı yük maşını, velosipedlə hərəkətdə olan Astara rayonunun Ərçivan qəsəbə sakini 2010-cu il təvəllüdlü O.N-u vurub.

Qəza nəticəsində yeniyetmə ağır vəziyyətdə Lənkəran Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb.

Vəziyyəti ağır olan yeniyetmə dərhal əməliyyata götürülüb.

Faktla bağlı araşdırma aparılır.