Ucarda yol qəzası zamanı velosipedçi ölüb - FOTO
    • 16-06-2022, 23:29
    • 288

Ucarda yol qəzası zamanı velosipedçi ölüb - FOTO

Ucarda avtomobil velosipedçini vuraraq öldürüb.

Hadisə bu gün axşam saatlarında Ucar rayonunun Məlikballı kəndi yolunda baş verib

Rayon sakini, 64 yaşlı Çingiz Həmzə oğlu Niftəliyev idarə etdiyi “VAZ-2106” markalı minik maşını ilə velosipedlə hərəkətdə olan rayonun Məlikballı kənd sakini, 2004-cü il təvəllüdlü Nuru Qüdrət oğlu Əhmədovu vurub.
Ağır xəsarət alan N. Əhmədov hadisə yerində ölüb.
Məlumata görə, ölən velosipedçi 18 yaşını tamam edib həqiqi hərbi xidmətə gedəcəkmiş.
Faktla bağlı araşdırma aparılır. /APA/