Məşhur aktrisa sevgilisini atdı, o da özünü öldürdü
    • 13-05-2019, 12:17
    • 1 229

Məşhur aktrisa sevgilisini atdı, o da özünü öldürdü

Məşhur türk aktrisası Yeşim Gülün özündən 25 yaş kiçik sevgilisi, eşitmə əngəlli Serdar Peçen özünə qəsd edib.

News24.az Türkiyə mətbuatına istinadla xəbər verir ki, Peçenin Yeşim Gülə görə canına qıyıb.

İddialara görə, Serdar sevgilisi üçün böyük məbləğdə kredit götürüb. Daha sonra o, krediti ödəyə bilmədiyi üçün Yeşim Güldən yardım istəyib.

Nəticədə isə mübahisə yaranıb. Sevgilisi ilə barışmaq üçün evine gedən Serdar anlaşa bilmədiklərini görüncə, özünü pəncərədən atıb. İnsidentlə bağlı İstanbul Paş Prokurorluğunda cinayət işi açılıb. 

Peçenin qardaşı olaydan sonra mətbuata açıqlama verib: “Qardaşım eşitmə qüsurlu olub, eyni zamanda seriallarda rol alırdı. Onların ayrılığına səbəb qardaşımın Yeşim üçün bankdan kreditə pul götürməsi olub. Lakin o, ödəməkdə çətinlik çəkib, cütlük arasında dava yaranıb, ayrılıblar”.