Türksat 6A ABŞ-a göndəriləcək
    • 3-06-2024, 23:40
    • 182

Türksat 6A ABŞ-a göndəriləcək

Türkiyənin ilk yerli və milli rabitə peyki Türksat 6A sabah Ankaradan ABŞ-ın Florida ştatındakı Cape Canaveral Kosmodromuna göndəriləcək.

News24.az xəbər verir ki, mərasimin ardından Türksat 6A və orbitdə iştirak edəcək heyət Antonov AN-124 tipli yük təyyarəsi ilə ABŞ-a göndəriləcək.

Türksat 6A-nın hava səyahəti təxminən 1 gün davam edəcək və daha sonra Cape Canaveral Kosmodromunda yerləşən Space X obyektlərində buraxılış prosedurlarına başlanacaq. Peykin 2024-cü il iyulun 8-15-də orbitə çıxarılması planlaşdırılır.

Qeyd edək ki, Türksat 6A 42 dərəcə şərq orbitində, 35 min 786 kilometr məsafədə yerləşəcək.

Günel Məlikzadə