Ermənistanda gizli laboratoriya dağıldı, epidemiya başladı - Şok iddia
    • 4-06-2024, 19:20
    • 233

Ermənistanda gizli laboratoriya dağıldı, epidemiya başladı - Şok iddia

Ermənistanda ABŞ-nin bioloji laboratoriyaları yoxdur.

News24.az Teleqraf.com-a istinadla xəbər verir ki, bu barədə Ermənistan mediasının sorğusuna cavab olaraq ABŞ-nin İrəvandakı səfirliyindən bildirilib.

“Ermənistanda ABŞ-nin bioloji laboratoriyaları yoxdur. ABŞ-nin Risklərin Azaldılması Agentliyi Ermənistanın dövlət laboratoriyalarının təmiri üçün Ermənistan hökumətinə müəyyən yardımlar göstərib. Ermənistan hökumətinin bioloji laboratoriyalarının hazırkı vəziyyəti ilə bağlı sualları Ermənistan hökumətinə göndərməyi təklif edirik”, - açıqlamada deyilir.

Qeyd edək ki, bundan əvvəl Ermənistanın keçmiş müdafiə naziri Arşak Karapetyan Lori və Tavuş vilayətlərində daşqın nəticəsində Amerikanın bioloji laboratoriyalarından birinin (Vanadzorda) zədələndiyini bildirib. Onun sözlərinə görə, bunun nəticəsində bölgədə epidemiya başlayıb.

ABŞ-nin Ermənistanda bioloji laboratoriyalarının olması ilə bağlı iddia əvvəllər Rusiya tərəfindən də dəfələrlə gündəmə gətirilib.