Bakıda yanğınsöndürəndən cəsarətli addım
    • 4-06-2024, 15:17
    • 128

Bakıda yanğınsöndürəndən cəsarətli addım

Nəsimi rayonunda, mənzildə yanğın hadisəsi baş verib.

News24.az oxu.az-a istinadla xəbər verir ki, hadisə Asif Məhərrəmov, 34 ünvanında qeydə alınıb.

Fövqəladə Hallar Nazirliyindən Medianews.az-a bildirilib ki, qurumun “112” qaynar telefon xəttinə Nəsimi rayonu, Asif Məhərrəmov küçəsində yanğın baş verməsi barədə məlumat daxil olub:

“Yanğın mənzilin mətbəxində baş verib. Yanğınsöndürənlərin çevik müdaxiləsi sayəsində yanğının genişlənməsinə imkan verilməyib və qısa müddətdə söndürülüb”.

Qeyd edək ki, yanğınsöndürənlərdən biri yanğının qarşısını almaq üçün təhlükəni gözə alaraq pəncərədən mənzilə daxil olmağa çalışıb.