Sinan Akçılın Fələstin dəstəyi
    • 4-06-2024, 22:10
    • 143

Sinan Akçılın Fələstin dəstəyi

Türkiyə Mədəniyyət və Turizm Nazirliyinin təşkilatçılığı ilə keçirilən festivalın 9-cu günündə Sinan Akçıl səhnəyə çıxıb. 

News24.az xəbər verir ki, on minlərlə insanın iştirak etdiyi konsertdə sənətçi pərəstişkarlarına xoş anlar yaşadıb. Akçıl səhnədə Fələstin bayrağını açaraq qəzzalıların mübarizəsinə dəstəyini nümayiş etdirib.

Şanlıurfalılar bayrağı öpərək başına taxan sənətçini alqışlarla dəstəkləyiblər.

Günel Məlikzadə