"Gənclər sərbəstliklə tərbiyəsizliyin yerini səhv salırlar”
    • 4-06-2024, 17:15
    • 159

"Gənclər sərbəstliklə tərbiyəsizliyin yerini səhv salırlar”

"Son bir ildir ki, bütün rejimim alt-üst olub. Heç cür özümə zaman ayıra bilmirəm. Çünki işlərim çoxdur - məşqlər, tamaşalar, özəl çəkilişlər, ev qayğıları və şəxsi biznesim var. Açığı deyim ki, bundan çox yoruluram. Amma birüzə vermirəm". 

News24.az bizim.media-ya istinadən bildirir ki, bu sözləri Əməkdar artist Vəfa Zeynalova "Sabahınız xeyr Azərbaycan!" verilişinə müsahibəsində deyib. 

"Mən dərs danışıram, oğlan dönüb qızın ağ baldırına baxır" 

Aktrisa indiki gənclərin həddən artıq sərbəstliyindən söz açıb: 

"Ruhum azad olmasa səhnədə ola bilmərəm. Hər hansısa bir obrazı tamaşaçıya düzgün şəkildə çatdıra bilmərəm. Həyatda risk etməyi sevirəm. Əgər bir şeyi beynimə qoydumsa gec və ya tez onu edəcəyəm. İndiki nəsil çox zəhmətkeşdir. Amma əndazə məsələsi var. Bizim dövrümüzdə çərçivələr daha çox idi. Biz elə tərbiyə almışdıq ki, bizim üçün əvvəlcə böyüklər idi. İndiki gənclər sərbəstliklə tərbiyəsizliyin yerini səhv salırlar. Ən ağrıdıcı tərəfi isə sadəcə budur". 

Vəfa əkiz qızları Lalə və Səbinə ilə hər bir mövzuda ortaq məxrəcə gəldiyini bildirib: 

"Əkiz qızlarımla ortaq məxrəcin yolunu tapırıq. Çünki qarşılıqlı məsləhət edirik. Onlar öz, mən isə öz fikirimi deyirəm. Bir-birimizin fikrini hörmət edib ortaq məxrəc tapırıq". 

Aktrisalığa təsadüf nəticəsində gəldiyini söyləyən Zeynalova zəif yerinin sənəti olduğunu vurğulayıb: 

"Bürcüm tərəzidir. Mən bir günün içində populyar oldum. Hamı məndən danışırdı. Ətrafda belə bir fikir yaranmışdı ki, "Özümdən çox razı insanam və hər kəsi özümdən uzaqlaşdırmağa çalışıram. Bu isə əsla belə deyildi. Mən o reaksiyalara hazır deyildim. Mən aktrisalığa təsadüfən gəlmişəm. Aktrisa olmasaydım, idman üzrə mütəxəssis olardım. 17 yaşlı dövrümü sevmirəm. Ən zəif yerim sənətimdir".