Məşhur müğənnidən BƏD XƏBƏR
    • 5-06-2024, 20:22
    • 234

Məşhur müğənnidən BƏD XƏBƏR

Amerikalı müğənni Halsey Leykemiya qan xərçəngi ilə mübarizə apardığını açıqlayıb. 

News24.az Demokrat.az-a istinadən xəbər verir ki, o, bu barədə sosial media hesabından paylaşım edib.

Müğənni “sağam” deyərək, xəstəxanada müalicə olunarkən çəkilmiş görüntülərini yayımlayıb.

Əsl adı Asley Nikolett Franqipeyn olan Halsey özünü yaşlı qadın kimi hiss etdiyini ifadə edib.

29 yaşlı müğənni özünə iki il vaxt verdiyini bildirib.

Qeyd edək ki, müğənninin bir müddət əvvəl ayrıldığı türkiyəli ssenarist Alev Aydından Ender Ridley adlı oğlu var.