Metroda problem: Əhali təşvişə düşdü
    • 14-05-2019, 10:57
    • 2 059

Metroda problem: Əhali təşvişə düşdü

Artıq bir neçə gündür ki, Bakı metropolitetnində gecikmələr baş verir. İnsanlar sıxlıq olduğundan saatlarla gözləməli, qatarları ötürməli olurlar.

İşə gecikən insanlar təlaşlanaraq qatarlara minməyə tələsir, hətta aralarında xəsarət alanlar da müşahidə edildi. Onu da nəzərinizə çatdıraq ki, bu gün metroda monitorların də  işləmədiyinin şahidi olduq. Metro işçiləri stansiyaların adlarını özləri qeyd edirdilər.

Məsələ ilə bağlı metroda platforma növbətçisi News24.az-ın əməkdaşına bildridi ki, buna səbəb qatarların bir neçə dəqiqə gecikməsi olub: “Bu gün metroda elektron monitorlar da işləməyib. Amma əsas səbəb gecikmələrlə bağlıdır”.

 “Bakı Metropoliteni" QSC-nin mətbuat xidmətinin rəhbəri Bəxtiyar Məmmədov News24.az açıqlamasında bildirib ki, gecikməyə səbəb çox vaxt qapıların saxlanması ilə əlaqədar olur: “Ümumiyyətlə isə bu gün daha çox sıxlıq müşahidə olundu. “28 may”, “Gənclik” stansiyalarında sərnişinlərin əksəriyyəti şikayət edir ki, qatar gec gəlib. Əgər qatar stansiyanı tərk etməyibsə, təbii ki, o biri qatar stansiyaya daxil ola bilməyəcək. Yaxud da qatarın sürətini tənzimləyən sistemlər vat bizdə. Bu sırf bununla bağlı olan məsələdir. O ki qaldı, elektron monitorların işləməməsinə, bu sırf texniki səbəblərdən olub. Bunun qatarların hərəkətinə heç bir təsiri yoxdur.  Çünki qatarların hərəkəti fərqli sistemlərlə idarə olunur”.

Afaq Mirayiq