"Şar müharibəsi" davam edir
    • 6-06-2024, 13:14
    • 354

"Şar müharibəsi" davam edir

Cənubi Koreyada bir qrup fəal Kim Çen Inı tənqid edən vərəqələr, K-pop mahnıları və ABŞ dolları ilə doldurulmuş şarları Şimali Koreyaya göndərib.

News24.az xəbər verir ki, Cənubi Koreyadakı fəalların Şimali Koreya əleyhinə təbliğat aparan şarlar göndərməsi ilə iki Koreya arasında “şar müharibələri” yenidən alovlanıb.

Cənubi Koreya mediası Şimali Koreyalı qaçaqmalçılardan ibarət Azad Şimali Koreya Hərəkatı adlı qrupun Şimali Koreya lideri Kim Çen Inın rejimini tənqid edən 200 min broşura ilə dolu 10 böyük şar, ABŞ dolları əskinasları və K-pop USB çubuqlar göndərdiyini açıqlayıb.

Xatırldaq ki, keçən həftə Şimali Koreyanın cənuba zibil, siqaret kötüyü və nəcis olduğu görünən minə yaxın şar göndərməsi ilə gərginlik artıb.

Seulun Koreya Neytral Zonası (DMZ) boyunca yerləşdirilən səsgücləndiricilər vasitəsilə təbliğat və pop musiqi yayımlarının bərpasını əhatə edən "dözülməz" tədbirlər barədə xəbərdarlığından sonra Şimali Koreya hava şarlarının uçuşlarını müvəqqəti dayandırmağa razılaşıb.

Yonhap xəbər agentliyinin məlumatına görə, Şimali Koreya fəalların hərəkətlərinə cavab olaraq “çirkli” kampaniyasına yenidən başlaya biləcəyi ilə bağlı narahatlıqlar artır.

Şimali Koreya daha əvvəl bəyan edib ki, Cənubi Koreyanı hədəfə almaq üçün istifadə etdiyi tualet kağızı və kiri “yüz dəfə” göndərməyə hazırdır.

Günel Məlikzadə