ÜST-dən qorxudan açıqlama: Quş qripindən ilk insan ölümü..
    • 6-06-2024, 13:49
    • 297

ÜST-dən qorxudan açıqlama: Quş qripindən ilk insan ölümü..

Covid-19 pandemiyasından sonra Ümumdünya Səhiyyə Təşkilatından (ÜST) qorxulu bir virus açıqlaması gəlib.

News24.az xəbər verir ki, ÜST A(H5N2) quş qripindən ilk insan ölümünün Meksikada baş verdiyini açıqlayıb.

ÜST-dən verilən açıqlamada qızdırma, təngnəfəslik, ishal və ürəkbulanma şikayətləri ilə Mexiko şəhərində xəstəxanaya yerləşdirilən 59 yaşlı xəstənin aprelin 24-də dünyasını dəyişdiyi bildirilib. Hadisənin - quş qripi A(H5N2) variantının səbəb olduğu təsdiqlənmiş ilk insan ölümünün qeydə alındığı əlavə edilib.

Açıqlamada infeksiyanın qaynağının bəlli olmadığı ifadə edilərək, nu hadisədə virusa məruz qalma mənbəyi hazırda bilinməsə də, Meksikada ev quşlarında A(H5N2) virusunun olduğu bildirilib.

Digər tərəfdən ölən xəstənin ev quşları və ya digər heyvanlarla təması olmadığı, bir çox müxtəlif sağlamlıq problemlərinin olduğu bildirilib.

Meksika hökuməti mart ayında ölkənin qərbindəki Miçoakan ştatında yaşayan bir ailənin üzvlərində A(H5N2) quş qripinin aşkar edildiyini açıqlasa da, bu halların heyvan fermaları və insanlar üçün təhlükə yaratmadığı qeyd edilib.

Açıqlamada vurğulanıb ki, yeni növ olan A(H5N2) virusunun yaratdığı insan infeksiyası Beynəlxalq Səhiyyə Qaydalarına uyğun olaraq yüksək təsir potensialına malikdir. Bu virusun ümumi əhali üçün hazırkı riski 'aşağı' olaraq deyildi.

Günel Məlikzadə