Bakıda blokun girişi çökdü, qadın yaralandı - VİDEO
    • 6-06-2024, 16:38
    • 221

Bakıda blokun girişi çökdü, qadın yaralandı - VİDEO

Bakının Xətai rayonunda yaşayış binasında giriş blokunun önü çöküb. Hadisə Köhnə Günəşli qəsəbəsindəki Mehmandarov küçəsində baş verib.

News24.az xəbər verir ki, sakinlər hadisə yerindən çəkdikləri görüntüləri "Qafqazinfo"ya göndəriblər. Görüntülərdə vətəndaşların xəsarət alan bir şəxsə kömək etdikləri görünür.

Məsələ ilə bağlı TƏBİB-lə əlaqə saxladıq. Qurumdan saytımıza bildirildi ki, çökmə qeydə alınandan sonra əraziyə tibbi yardım briqadası cəlb olunub: "Respublika Təcili və Təxirəsalınmaz Tibbi Yardım Mərkəzinə 06.06.2024-cü il tarixində saat 10:10 radələrində Xətai rayonu, Mehmandarov küçəsi 74, blok 8 ünvanında balkonun çökməsi və bir nəfərin (qadın cinsli) xəsarət alması səbəbilə müraciət daxil olub.

Çağırış üzrə hadisə yerinə təcili tibbi yardım briqadası cəlb olunub. 58 yaşlı şəxsə diz nahiyəsinin sıyrılmış yarası diaqnozu qoyulub. O, hospitalizasiyadan imtina edib".